Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan yeni münaqişə ocağının yaranmasına çalışır

Ermənistan yeni münaqişə ocağının yaranmasına çalışır


"Son vaxtlar demək olar ki, hər gün Ermənistan silahlı qüvvələri dövlət sərhədinin müxtəlif bölgələrindən Azərbaycanın mövqelərini atəşə tutmaqla vəziyyəti gərginləşdirməyə və yeni münaqişə ocağının yaranmasına çalışır".

Newscenter.az xəbər verir ki, bu, Ombudsman Aparatının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Ermənistan yenə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq Azərbaycana qarşı təxribatçı əməllər törətməklə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:

"Son vaxtlar demək olar ki, hər gün Ermənistan silahlı qüvvələri dövlət sərhədinin müxtəlif bölgələrindən Azərbaycanın mövqelərini atəşə tutmaqla vəziyyəti gərginləşdirməyə və yeni münaqişə ocağının yaranmasına çalışır. Eyni zamanda qarşı tərəf təxribat-diversiya qrupları vasitəsilə Daşkəsən, habelə işğaldan azad olunmuş Kəlbəcər rayonu ərazilərində çoxsaylı minalar basdırır ki, bu da insanların həyat və sağlamlığının ciddi təhlükə altına düşməsinə səbəb olur. Ermənistanın hər iki ölkə arasında sülh danışıqlarına zərbə vuran təxribat xarakterli bu kimi əməlləri tərəfimizdən dəfələrlə şiddətli şəkildə qınanılıb və müvafiq beynəlxalq qurumlara müraciətlər olunub. Lakin hələ də Ermənistana qarşı beynəlxalq səviyyədə məsuliyyət müəyyən edən tədbirlər görülmədiyindən, onun Azərbaycanın ərazisinə və mülki əhalisinə etdiyi hücumlar artmaqdadır, bütün bunlar isə regionda bərpa-quruculuq və sülh prosesinə zərbə vurur, həmçinin insan hüquq və azadlıqlarının təmininə maneə törədir".
Xəbəri paylaş