«İki il öncə Gəncə şəhərinə endirilən raket zərbələri nəticəsində həlak olanları ehtiramla anır, terror qurbanlarının bütün yaxınlarına Allahdan səbr diləyirik. Bu hadisə müasir dövrün ən dəhşətli müharibə cinayətlərindən biridir».
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili qeyd edib ki, ancaq müzəffər Ali Baş komandanın rəhbərliyi ilə şanlı ordumuzun qəhrəmanlığı sayəsində Gəncə şəhidləri heç dəfn olunmamış onların qisasları misli ilə alındı:
«Üzərindən heç bir ay keçməmiş isə düşmən diz çöküb rüsvayçı formada kapitulyasiya aktı imzalamağa məcbur edildi».
Anar