Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kliniki Tibbi Mərkəzdə Hemodializ Mərkəzi fəaliyyətə başlayıb

Kliniki Tibbi Mərkəzdə Hemodializ Mərkəzi fəaliyyətə başlayıb


Kliniki Tibbi Mərkəzdə ölkəmizin ən böyük Hemodializ Mərkəzi fəaliyyətə başlayıb.

Newscenter.az xəbər verir ki, TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzdə (KTM) VIII korpus əsaslı təmir olunaraq Hemodializ Mərkəzi yaradılıb.

Üç mərtəbədən ibarət Mərkəzdə müasir texnoloji standartlara cavab verən hemodializ aparatları, yeni funksional çarpayılar və havalandırma sistemi quraşdırılıb.

Burada təkcə paytaxt Bakı deyil, eyni zamanda respublikanın bütün rayon və şəhərlərindən olan hemodializ xəstələrinin müalicəsi üçün hər bir şərait yaradılıb.

Kəskin və xroniki böyrək çatışmazlığı zamanı xəstələrinhemodializ xəstələrinin Mərkəzdə müalicəsi və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün yeni hemodializ aparatlarının alınması ilə çarpayı sayı 76-ya çatdırılıb.

KTM-in tarixində ilk dəfə olaraq, Hemodializ Mərkəzinin daxilində Nefrologiya şöbəsi yaradılıb. Binanın III mərtəbəsində yerləşən şöbədə böyrək mənşəli hipertenziya, xroniki böyrək çatışmazlığı, kəskin böyrək çatışmazlığı, böyrəyin iltihabı xəstəlikləri (nefritlər və pielonefritlər və s.), sidik yolları infeksiyası, böyrəyin kistoz xəstəliklərinin müalicəsi üçün xidmətlər göstərilir.

16 həkim-nefroloqun fəaliyyət göstərdiyi şöbə USM, KT, MRT və rentgen müayinəsi üçün bütün lazımi avadanlıqlarla tam təchiz olunub.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzdə vətəndaş məmnunluğunun təmin olunması və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün görülən işlərdən biri də Azərbaycanın ən böyük Hemodializ Mərkəzinin yaradılmasıdır.

Mehman
Xəbəri paylaş