“Prezident İlham Əliyevin Praqa səfəri həm Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə yüksəlməsi, həm də sülh prosesində irəliləyişlərin əldə olunması baxımdan əhəmiyyətli oldu”.
Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal əməkdaşlığın aparılır, əlaqələr mahiyyətcə yeni müstəviyə çıxır və qarşılıqlı etimad artır:
“Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur və bu əlaqələr şaxələndirilmiş xarakter alıb. Təsadüfi deyil ki, hazırda Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və hazırda İttifaqın 9 üzv ölkəsi ilə respublikamız arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Avropa İttifaqının üzvlərinin üçdəbir hissəsinin Azərbaycanla strateji əməkdaşlıq əlaqələrində olması İttifaqın Azərbaycana olan marağından və verdiyi əhəmiyyətdən də irəli gəlir. Elə bu səbəbdəndir ki, Avropa İttifaqı və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir və Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Heç şübhəsiz ki, Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir”.
“Prezident İlham Əliyevin Praqa səfəri Brüssel görüşlərindən sonra növbəti diplomatik qələbə oldu” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Çexiyada keçirilmiş görüşlərin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanat və bununla da suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış olub:
“Bütün bunlarla yanaşı sərhədlərin delimitasiyasına razılıq əldə olunub. Bütövlükdə isə Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olunub. Beş saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olunub və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alınıb”.
Ruhiyyə