Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Ermənistanın törətdiyi terror hücumlarına dünya dövlətlərinin ikili standartlar siyasəti davam edir

Sədaqət Vəliyeva: Ermənistanın törətdiyi terror hücumlarına dünya dövlətlərinin ikili standartlar siyasəti davam edir


Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə növbəti terror hücumunun edilməsindən 2 il ötür. Döyüş meydanında ağır məğlubiyyətə uğradığını görən Ermənistan dövləti, mülki vətəndaşlarımızı hədəfə almağa başladı. 2020-ci il oktyabr ayınının 11-də gecə saatlarında erməni silahlı qüvvələri yenə də öz terror xislətlərinə sadiq qalaraq Gəncə şəhərinə növbəti raket hücumunu həyata keçirmişdir. Dəhşətli və insanlıqdan uzaq olan bu hücüm nəticəsində dinc sakinlərin yaşadığı bina yerlə-yeksan olmuş, 10 mülki şəxs həyatını itirmiş, 40 nəfər yaralanmışdır. Bu qanlı terror aksiyası, Ermənistanın İkinci Qarabağ müharibəsində acı məğlubiyyətinin göstəricisi olmaqla yanaşı bir daha sübut etdi ki, Ermənistanda terror dövlət səviyyəsində himayə edilir.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva təəssüf hissi ilə bildirib ki, beynəlxalq hüququn kobud şəkildə pozulduğu, bu insanlığa sıxmayan terror hadisəsindən iki il keçsə də beynəlxalq təşkilatlar və dünya dövlətləri bütün bu olanlara susmaqda davam etməkdədir. Dünya ictimaiyyəti ikili standartlar mövqeyi sərgiləməkdə davam edir:

“Ermənistan tərəfinin mülki əhalimizi raket atəşinə tutumasına və min cür təxribatlara əl atmasına baxmayaraq Azərbaycan tərəfi əsl humanistlik nümunəsi nümayiş etdirdi. Ölkəmiz Vətən Müharibəsində 21-ci əsrin müharibəsini apardı. İkinci Qarabağ müharibəsi zamanı bir nəfər belə olsun sivil erməni vətəndaşının burnu qanamadı. Şanlı Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz qüdrəti və gücü ilə yanaşı humanistliyini də sübut etdi”.

Ruhiyyə
Xəbəri paylaş