Yardımlı rayonunda 26 yaşlı gənc meşədə intihar edib.
Newscenter.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 10-da rayonun Odurakəran kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Zahidov Hakim Qeyrət oğlu həmin kəndin yaxınlığında yerləşən meşəlik ərazidə ip ilə ağacdan özünü asıb.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.