Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Bartın şəhərindəki mədən partlayışı ilə bağlı Türkiyəyə başsağlığı verib.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı tviterdə yazıb.
“Bartında kömür mədənindəki partlayış nəticəsində həlak olanların yaxınlarına səmimi-qəlbdən başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - A.Mirzoyan qeyd edib.
Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda kömür mədənində 41 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.