Fransa prezidenti Emanuel Makronun antiazərbaycan və ümumiyyətlə antitürk mövqeyi hələ prezidentliyə namizədliyi dövründən publik şəkildə özünü göstərib. Onun son televiziya çıxışı zamanı Azərbaycana qarşı verdiyi açıqlamaları sözün əsl mənasında siyasətdən kənar bir şəxsin çıxışı kimi tamamilə əsasız, məntiqsiz və ədalətsiz mövqedir.
Əslində isə Makronun bütün çıxışının analizi onu göstərdi ki, Makron isterk xarakterli açıq qərəzli uyğunsuzluqlarla müşahidə edilən, siyasətçiyə xas olmayan çıxışı onun nifrət, qərəz və gücsüzlüyünün təzahürüdür. Makron Fransa kimi dövlətin başçısı olsa da vəzifəsinə, siyasi postuna layiq olmadığını apardığı ağılsız siyasəti ilə isbat edib. Prezident Makron ölkəsi daxilində də sevilməyən və Fransanın, fransızların problemi kimi qəbul edilib və sadəcə Fransa xalqı Makron erasının bitməsinə gözləmə mövqesindədir. Onun nə ölkəsində nə də xaricdə heç bir nüfuzu yoxdur, Makron beynəlxalq siyasi arenada qeyri-ciddi və "kloun" ləqəbli və hətta ailə həyatında utanverici əxlaqsız simasıdır. Makron BMT TŞ-nın üzvü kimi Fransanın imicini, nüfuzunu ayaqlar altına atan, şəxsiyyətini Fransanın adı ilə qaldırmağa çalışan uğursuz siyasətçidir və sözsüz ki, onun başladığı hər təşəbbüs, iş başlamadan məhvə məhkumdur.
Makron son çıxışı ilə eyni zamanda ölkəsinin və Avropanın siyasi arenasından gedıcəyini mütləq prisesə çevirdi. Onun antiazərbaycan çıxışı əslində antiavropa çıxışı idi və qlobal siyasi axına mane olmaq cəhdidir. Böyük siyasətdə isə bu yolverilməz, bağışlanmaz siyasi səhvdir hansı ki, özünün siyasi səhnədən silinməsi ilə nəticələnəcəyi tam şübhəsizdir. Makron nəinki Azərbaycana təsir etmək, Ermənistana arxa durmaq iqtidarında deyil, o hətta öz iş kabinetində belə söz sahibi ola bilməyib. Odur ki, Makron siyasəti mütəmadı dəyişən ritorikası kimi şəxsiyyətinin qeyri-ciddiliyni sübut edir hansı ki, Fransanın əsas daxili və xarici problemlərinin qaynağı da elə bu adamdı.
Makron Azərbaycana, regiona təsir edə bilməz, edə biləcəyi ancaq özünün eşidəcəyi hay-küydür, bəlii özü də öz dediyinə nə inanmır, nə də ümid etmir. Makron reallığı inkar etməklə özünün siyasi varlığını göstərməyə çalışsa da özünü və Fransanı siyasi proseslərdən kənarlaşdırır. Nə isə cənab Ərdoğan demişkən "Makronun beyni ölüb", deməli özü də yox kimidir və dediyinin də bir təsiri, əhəmiyyəti yoxdur.
Vüqar Dadaşov