Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makronun növbəti köməyi çox güman ki, Ermənistanın Qafqazın siyasi xəritəsindən sildirmək olacaq-VAQİF ABDULLAYEV

Makronun növbəti köməyi çox güman ki, Ermənistanın Qafqazın siyasi xəritəsindən sildirmək olacaq-VAQİF ABDULLAYEV


Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanı Ermənistana qarşı dəhşətli müharibə aparmaqda ittiham edən cəfəng və təxribatçı fikirləri cəmiyyətimizdə haqlı olaraq geniş rezonans doğurmaqdadır. Əlbəttə, Fransa Prezidenti 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlayan təcavüzkar Ermənistanı müdafiə etməklə bəşəri cinayətlərə haqq qazandırır, terorçunun, faşizmin yanında yer alır. Təkcə, Xocalı soyqırımını törətmiş Ermənistana haqq qazandırmaq terrora haqq qazandırmaqdır.

Yaxın və uzaq tariximizə baxdıqda, ən dəhşətli və ağlasığmaz vəhşilikləri, dinc insanlara qarşı qəddarlığı, vandalizm aktlarını məhz ermənilər və fransızlarin törətdiyini görmək mümkündür. Makron uşaq olan illərdə, 1961-62-ci illərdə Fransa Əlcəzair və Tunisdə müstəmləkə zülmündən azad olmaq istəyən 1,5 milyona qədər müsəlmanı qətl edib. Mərakeş, Tunis, Liviya ərazilərində törətdiyi qanlı qətliamlarla insanlığa qarşı vandallığını göstərib. Ərəb dünyasına və Amerikanının aborigen əhalisinə qarşı soyqırımı da Fransa törədib. Yaxın tariximizin bağışlanmaz səhvi olan Ruanda soyqırımınında da Franzanın imzası vardır.

Fransa başqa xalqlara qarşı törətdiyi vəhşilikləri müasir dövrümüzdə Makronun simasında öz xalqına qarşı da tətbiq edib. “Sarı jiletlilər”adlandırılan dinc fransız xalqına qarşı zorakılıq, vəhşi itlər və atlarla etirazçılara qeyri-insani rəftar, 10-lara insanın öldürülməsi, 100-lərlə insanın ağır xəsarət alması, gözlərinin çıxarılması, vandalizm Makronun siyasi obrazını əks etditrən qara boyalardır.

Ona görə də, belə bir idiot və insanlıqdan kənar, küçə sərsərilərinə məxsus üslub və jarqondan danışan “siyasətçi”dən başqa nəsə gözləmək olarmı?

Fransa Prezidenti bu cür danışıq tərzi ilə Ermənistanda küçə siyasətçisi kimi adlandırılan Paşinyanla eyni əxlaq və düşüncə sahibi olduğunu göstərir. Bununla da Azərbaycan Prezidentinin hələ də ona qarşı azacıq da olsa qalan inam və etibarını birdəfəlik itirdi. Cənab İlham Əliyevin Praqa görüşündə xoş məram nümayiş etdirərək Makronun da danışıqlarda iştirakına razılıq verdi, Azərbaycan Prezidentinin bu yüksək siyasi jestinə qarşı aşağı səviyyəli mədəniyyətsizlik nümayiş etdirdi.

Cənab İlham Əliyev tərəfindən verilmiş bu şansdan istifadə edə bilmədiyindən artıq Parisin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində, sülh danışıqlarında iştirakı da rədd edildi, Nida işarəsi qoyuldu.
Prezidentin də vurğuladığı kimi Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir dəxli yoxdur. Necə ki, Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın fəaliyyəti 28 il ərzində sıfıra bərabər olub, faydadan daha çox ziyan gətirib, bundan sonra da zərərverici bir ölkənin rəhbərinin Azərbaycan Prezidenti ilə eyni masada oturması mümkün deyil.

Bununla Dördlük formatı da Minsk qrupu kimi arxivə göndərildi, bundan sonra danışıqlar Azərbaycan Prezidentinin qətiyyətinə uyğun olaraq yalnız Avropa İttifaqı Şurası-Ermənistan- Azərbaycandan ibarət əvvəlki Üçlük formatında Azərbaycanın masaya qoyduğu 5 bəndlik sülh şərtləri əsasında davam etdirilə bilər.

Erməni cəmiyyəti Fransa Prezidentinin məlum çıxışlarına güvənərək Makronun onlara kömək edəcəyinə ümid edirlər. Əslində Makron bu ölkəni daha təhlükəli oyuna atır, 10 Noyabr Sazişinin bəndlərini yerinə yetirmək istəməyən İrəvanı öz öhdəliyindən yayındırmağa cövq edir, sülh sazişinin imzalanmasına deyil, revanşizmə, yeni müharibənin başlanmasına rəvac verir.

Anlamır ki, bunun bədəli Paşinyan hökuməti üçün daha ağır olacaq. Cənab Prezidentin Astanada MDB dövlət başçıarına və dünya liderlərinə açıq Ültimatum verərək son xəbərdarlığını etdi. “Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”. Bu, Paşinyana, güvəndiyi Makrona və digərlərinə verilən sonuncu şansdır.
Azərbaycan Prezidenti Praqada xoş məram, xoş niyyət və humanizm göstərdiyi kimi Prinsipial, Qətiyyətli, Sərt və Geridönməz xarakterə malikdir. Ona görə də, Ermənistan Astana Bəyanatından ciddi dərs götürməlidir. Eləcə də “Fransa heç vaxt Ermənistanı atmayacaq” deyən Makron da utopiya və nağıllarla erməni xalqını aldatmaqdan əl çəkməlidir. 44 günlük müharibə zamanı da Makron Paşinyana ürək-dirək verərək sona qədər arxasında dayanacağını bildirirdi. Sonrası hər kəsə bəllidir. Makronun növbəti köməyi çox güman ki, Ermənistanın Qafqazın siyasi xəritəsindən sildirmək olacaq.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş