Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Medvedevdən Makrona sırt sözlər: ""İyrənc müstəmləkə keçmişi üçün eyib olsun"

Medvedevdən Makrona sırt sözlər: ""İyrənc müstəmləkə keçmişi üçün eyib olsun"


"Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır. Fransa Prezidenti Emmanuel Makronun son bəyanatını izah etməyin başqa yolu yoxdur".

Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "VKontakte" hesabında bildirib.

Makronun Rusiyanı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti qızışdırmaqla bağlı ittihamlarına cavab olaraq Medvedev qeyd edib ki, bu bəyanat daha çox yanlışdır:

"Makron əslində Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı. Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır. O, Fransanın Ermənistanı nə qədər çox sevdiyini şiddətlə deyir. Bununla o, müdrik və nəcib görünməyə çalışır. Son açıqlama açıq-aşkar erməni diasporasının rəğbətini qazanmağa hesablanıb".

"İyrənc müstəmləkə keçmişi, hazırda isə açıq-aşkar amerikapərəst mövqeyi üçün - (C'est une honte) eyib olsun, cənab Prezident!", - Medvedev vurğulayıb.
Xəbəri paylaş