Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan bunu gözəl bilir-İLQAR ALTAY YAZIR

Paşinyan bunu gözəl bilir-İLQAR ALTAY YAZIR


"Azərbaycanla sərhədlərin delimitasiyası MDB formatlı fundamental sənədlərə əsaslanacaq".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Astanada Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışında deyib. Toplantı dünən Qazaxstanda keçirilib.

Bu bəyanatın mənasına varaq. Bilirik ki, MDB SSRİ-nin parçalanmasından müstəqillik əldə edən respublikalar tərəfindən təsis edilən bir qurumdur. Və həmin respublikaların SSRİ-dəki inzibati ərazi varisliyinin tanınmasının üzərində qurulub. Yəni, MDB-in qurulması zamanı onun üzvləri bir-birinin ərazisini SSRİ-nin tərkibində olduğu formada da tanıyıblar. Azərbaycanın da inzibati ərazisi SSRİ tərkibində Dağlıq Qarabağ daxil mövcud olduğu üçün təbii ki, bütün MDB dövlətləri tərəfindən (o cümlədən, Ermənistan) o cür də tanınıb. Yəni, Qarabağ Azərbaycandır.
Paşinyan da bunu gözəl bilir və bu cür bəyanat verməklə, öz Ermənistan müxalifətinə və bütün dünya ermənilərinə bunu əsaslandırmaq istəyir ki, Ermənistanın keçmiş liderləri hələ, o zaman, 1991-ci ildə MDB-yə qoşulanda Azərbaycanın (Qarabağ daxil) ərazi bütövlüyünü tanıyıb, mən də fakt qarşısında qalaraq, tanımaya bilmərəm.
Paşinyan bildirib ki, Azərbaycanla münasibətlər və əlaqələri normallaşdırma üzərində işləyirlər, normallaşma prosesi üzrə, delimitasiya, sərhəd komissiyalarının işi davam edir. Və bu məsələyə də əsas kimi, Praqada Avropa İttifaqı Şurasının sədri vasitəçiliyi ilə keçirilmiş görüş prosesində "fundamental" sənədlərə əsaslanma barəsində razılıq əldə olunduğunu önə çəkib bu tədbirdə.

Paşinyan bircə hələ ki, Naxcıvana yolun açılma və Qarabağ ərazisindən bəzi Ermənistan hərbi hissələrinin çıxarılması kimi əsas öhdəliyini dilə gətirmir. Bunun da cavabını elə həmin tədbirdə Azərbaycan prezidenti İlham Əliyev açıq-aydın bildirdi: Ermənistan Naxcıvana yolun açılma və öz hərbi hissələrinin Qarabağdan çıxarılmasını təmin etməsə, ya bunu çox uzatsa, biz qanuni haqqımızı bəzi addımlarımızla təmin edəcəyik.

Ermənistan, Paşinyan gərək gec olmadan, sülh üçün lazımlı ədalətli şərtlərə tamam əməl etsin.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş