Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada 8 yaşlı uşaq antibiotikdən ölüb

Qubada 8 yaşlı uşaq antibiotikdən ölüb


Quba rayonu ərazisində azyaşlıya antibiotik vurulması nəticəsində ölüb.

Newscenter.az-ın məlumatına görə, "Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Barlı qəsəbəsi ərazisində baş verib.

Ailə üzvlərinin sözlərinə görə, 2014-cü il təvəllüdlü Məmmədov Həsən Nahid oğluna ev şəraitində antibiotik iynə vurulub.

Azyaşlının səhhətinin pisləşdiyindən ailəsi onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Xəbəri paylaş