Oktyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı verib.
Newscenter.az xəbər verir ki, parlamentin spikeri, Mustafa Şentopa ünvanladığı məktubda Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib. O, TBMM sədrinə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan Respublikası Milli Məclisi adından başsağlığı verib, xəsarət alanlara şəfa diləklərini ifadə edib.
Arzu