“Bu çətin günlərdə Can Azərbaycanın dəstəyi çox qiymətlidir”.
Newscenter.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tviter səhifəsində paylaşıb.
O, başsağlığına görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.
Qeyd edək ki, daha əvvəl C.Bayramov Bartin şəhərində mədəndə baş vermiş partlayışa görə Türkiyəyə başsağlığı vermişdi.