Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir.
Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Hazırda axtarış-xilasetmə işləri davam edir.
Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.