ABŞ sakinlərinin əksəriyyəti 2024-cü ildə keçiriləcək prezident seçkilərində Amerika lideri Cozef Baydenə səs vermək fikrində deyil.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Fox News” televiziyasının keçirdiyi sorğunun nəticələri göstərir.
Qeyd olunub ki, respondentlərin 54%-i başqasına, 33%-I isə Baydenə səs verməyə hazırlaşır. Vurğulanıb ki, Bayden üçün bu, onun ikinci müddətə getmək planlarının təsdiqlənməsinin ən aşağı göstəricisidir.
Telekanalın araşdırmasına görə, doqquz ay əvvəl hazırkı dövlət başçısının yenidən seçilməsinə qarşı çıxanların sayı da daha çox idi - 60%.
Demokratlar Partiyasının tərəfdarları ən çox Baydenin ikinci müddətə getmək istəyini dəstəkləyir - 71%, respublikaçıların 91%-i başqa namizədə səs verməyə hazırlaşır. Eyni zamanda, müstəqil seçicilərin 13%-i Baydeni dəstəkləyir.