Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəlkə doğurdan, nə yollasa sərnişinləri azaldıb, vəziyyəti "düzəltmək" istəyir, cənab Qurbanov?

Bəlkə doğurdan, nə yollasa sərnişinləri azaldıb, vəziyyəti "düzəltmək" istəyir, cənab Qurbanov?


Səhər saatlarında, Bakı Dəmir Yolu Vağzalında sərnişinlərlə Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşlarınin arasında mütəmadi insidentlər yaşanır... Bakı-Sumqayıt qatarlarından istifadə edən şəxslər, sərnişin sıxlığının həddindən çox olması və sürət qatarlarının arasında intervalın böyüklüyü, qatarlarda havalandırma sisteminin işləməməsi, natəmizlik barədə etirazlar ediblər.

Məlumatlara görə, etiraza sıxlıq səbəbindən bir neçə nəfərin halının pisləşməsi olub. İnsidentə polis müdaxilə etməli olub. Bu dərəcə narazılıq.

Aidiyyətli sahəyə rəhbərlik edən nazir müavini Cavid Qurbanov isə reaksiya verib və bildirib ki, Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı heç də, az deyil, sadəcə, sərnişinlərin sayı çoxdur! Gör bir, ölkədə nəqliyyat sahəsi kimi çoxmilyonlu əhali üçün xidmət etimad edilmiş qurum rəhbərinin absurd cavabına bax, qatarlar az deyil, sərnişin çoxdur! Belə çıxır ki, vəziyyətin düzəlməsi üçün ya, qatar çoxalmalıdır, ya sərnişinlər azalmalıdır.

Bəlkə doğurdan, nə yollasa sərnişinləri azaldıb, vəziyyəti "düzəltmək" istəyir, cənab Qurbanov?!Əhalinin Bakı-Sumqayıt əlaqəsini kəsməkləmi?

Ya bəlkə, nəqliyyat sayından artıq əhali piyada getsin Sumqayıta? Nə desən çıxar, nəqliyyatın bu cür "şeflərindən". Görmürsən, ölkə mənafei, təhlükəsizliyinə görə dövlət ölkəyə quru yol ilə giriş-çıxışı bir müddətə bağlayıb. Və demək ki, hava yollarına ehtiyac və sərnişin artıqlığı, bilet satışı çoxalmış və ölkə Hava Yolları qurumunun bilet satışından qazancı təbii, kəskin artmışdır.

Belə halda, AZAL heç olmasa, öz Azərbaycanlı vətəndaşlarımız üçün uçuş qiymətlərini azalda bilər və azaltmalıdır. Ancaq yox, bu nəqliyyatın da "şefi" cənab Cahangir Əsgərov eynilə Cavid Qurbanov kimi, yəqin məsələnin həllini və çıxış yolunu sərnişinlərin azalmasında və az imkanlı əhalinin heç yerə uçmamasında görür. Çox da gözəl işdir: mafiozlar demişkən "insan(sərnişin) yoxdur, problem də yoxdur! Bu cür, dövlətə və xalqa xidmətçilik üçün nəzərdə tutulub, sonra "şefə", "bossa" çevrilən məmurların bu camaat, sadə əhali vecinə olarmı? Öz aləmlərindədirlər.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş