İranda siyasi hakimiyyətin özü iki yerə reformistlərə və mühafizəkarlara bölünüb. Bundan başqaİranda şahpərəstlər şərti adıyla adlandırdığımız güclü qrup və İranın demokratik Respublikaya çevrilməsini qarşısına hədəf qoyan dünya güclərindən dəstək alması çox ehtimal edilən müxalifət qüvvələri vardır. Eyni zamanda İranda istiqlalı əlindən alınmış bəluclar, lurlar, qaşqaylar, ərəblər, kürdlər və türklər var ki, hər birinin içində də çoxlu siyasi təşkilatlar müxtəlif məqsədlər nəzərdə tutaraq siyasi mübarizə aparır.
İran müxalifəti hakimiyyətin reformist qanadı ilə danışıqlara gedərək bu son olayları təşkil etməsi şəksizdir. Onların əlində olan siyasi təbliğat mediası yalnız bu cəbhənin maraqlarını işıqlandırır və istiqamətləndirir. Bu ayaqlanmanı yəşkil edən loja üzvlərinin apardığı siyasət " beş ünsür" adlandırılan dünyanın yaranış nəzəriyyəsinə uyğun gəlir. Yəni od, su, külək və torpaq yarandıqdan sonra dünyanın əsas elementi İnsan elementi yaranır. Bütün olanlarda məhz bu elementin yaranmasına xidmət edir.
Diqqət edin iki həftə Bəlucistanda xalqa qarşı qanlı qırğın törədildi. Məkki məscidində cümə namazından çıxan əhaliyə qırğın törətdilər. - hansı ki, etiraz hərəkatınım bütün başçılarının məhz burada olması barədə rejimin istihparat məlumatları gümanki olmuşdu. 200 n artıq insan qətl edilsədə İran müxalifətinin mediası bu dəhşətləri örtbasdır etdilər. Əhvazda, Kürdüstanda qızğın toqquşmalar qanlı olaylar baş verir.. İrakın Kürdüstan Muxtariyyəti ərazisi raket hücumlarına məruz qoyuldu və dağıntılar törədildi. Lakin kürd milli hərəkatının bütün qrupları İran müxalifəti adlandırdığımız 3 - cü qrupla yəni əslində prosesləri idarə edən qruplarla birlik nümayiş etdirirlər və daha əvvəl, etirazlardan bir neçə ay əvvəl onların arasında sövdələşmələrdə birlikdə mübarizəyə gedəcəklərinə dair razılıqlar əldə edilmişdi. Hətta terorçi partiya kimi dünyada tanıdılan PEJAK adını dəyişdirərək PEJAİ adlandırdığını bəyan etmişdi. Çox güman ki, rügionun siyasi xəritəsində dəyişiklik etmək istəyən dünya güclərinin burada rolu vardır. Burada yğni beş ünsür strategiyasında "od" ünsürü rolunu məhz Azərbaycan ostanları oynamalı idi.
Torpaq ünsürü rolunu isə Kürdistan oynayacaqdı. Lakin Azərbaycan türklərinin üzdə olan 9 partiyası hələlik məsələyə ehtiyatla yanaşaraq iğtişaşların ağırlıq mərkəzini Azərbaycana daşımaq istəmirlər.. Azərbaycanda böyük ayaqlanma başlarsa Bəlucistandan dəfələrlə artıq qırğınların olçası şübhəsizdir. Qazanan isə yuxarıda qeyd etdiyim qüvvələr olacaq. İranın istiqlal istəyən etnik xalqlarının qanı üzərində İranda ABŞ və QƏRBlə birbaşa əlaqəsi olan yeni DEMOKRATİK İRANÇILAR hakimiyyətə gələcəklər. Bu qanlı hadisələrdə azərbaycanlılar nə qədər çox qırğına məruz qalarsa bir o qədər də İranda gəlcəkdə uzun müddətli sakitlik olacaq düşünürlər. Bu tarixən sınaqdan çıxarılmış məsələdir.
İranın hakimiyyətdə olan rejimi isə suda boğulan adam kimi çabalamağa başlayıb. Kürdüstana raket zərbələri endirən rejimin AR da bunu etməsi üçün isə əsaslı bahanə yoxdur. Bunu yaraymaq üçün isə onlar dünəndən Ərdəbil ostanlığında gərginliyi artıraq boyütməyə başlamışlar. Çünki Təbrizdə güclü ayaqlanmalar yoxdur. Təbrizlilər onların hiyləsini bilirlər. AR sərhədlərinə qədər yayılacaq etiraz hərakatı, iğtişaşlar sərhədlərimizdə İrana məxsus birliklərin guya tərkisilah olunması ilə nəticələnəcək və sonra da AR şər atacaqlar ki ...ardı məlum məsələdi!
Diqqət etsəniz Ərdəbildə 10 məltəbli qaçırdaraq döymüşlər və həbsə atmışlar. Bir 14 yaşlı qız isə öldürülmüşdür. Niyə? Məktəbliləri SALAM XAMNEİ mahnısı oxutmağa aparanda şagirlər birdən etiraz edib ÖLÜM OLSUM XAMNEİ yə şüarları səsləndiriblər! Yeri gəlmişkən onlara eşq olsun! Ərdəbil camaatınında ümumi namus məsələsi çox güclüdür. Bunu bilərək yaraymışlar. Xalqı idarə edənlər onun psixologiyasını gözəl bilirlər. Beləliklə Təbrizdə alınmayan siyasət öz məqsədinə Ərdəbildə çaymaq istəyir. Özüdə daha məkrli bir planlarla!
Rəfail Eminov-tarixçi