Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Azərbaycana kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir.

Ermənistan Azərbaycana kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir.


Prezident İlham Əliyev 13 oktyabrda Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı bildirib ki, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi. 30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimizin və kəndlərimizin, mədəni və dini abidələrimizin, məscidlərimizin məqsədli şəkildə dağıdılıb, təhqir və talan edildiyini ölkə başçısı müşavirədə iştirakçıların diqqətinə çatdırdı.

Məlumdur ki, ermənilər hər zaman azərbaycanlılara qarşı terror həyata keçiriblər. İşğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqların aşkar olunması da bu terrora əyani sübutdur. Ermənistan Azərbaycana kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir. Bu cür məzarlıqların dəqiq yerlərini bilmədiyimiz üçün ancaq həmin ərazilərdə görülən işlər zamanı məzarlıqlar aşkar edilir.

Prezident çıxışı zamanı bildirdi ki, minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi başlanıb. Azərbaycan hər bir zaman ədalətli sülhün tərəfdarıdır. Buna görə də Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.

Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü
Xəbəri paylaş