Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçmiş SSRİ-nin satqın və düşmən RƏHBƏRLƏRİ-FOTO

Keçmiş SSRİ-nin satqın və düşmən RƏHBƏRLƏRİ-FOTO


Tarixi araşdırmalar üzə çıxarıb ki, keçmiş SSRİ-yə müxtəlif illərdə rəhbərlik etmiş şəxslər bu və ya digər formada ittifaqın ziyanına işləyən ayrı-ayrı maraqlara xidmət edən satqın və SSRİ-yə düşmən olan şəxslər olub.

Newscenter.az xəbər verir ki, hüquqşünas Əli İbrahimov bu barədə maraqlı faktlar təqdim edib. Oxucuların marağına səbəb olacağını nəzərə alaraq həmin faktları təqdim edirik:

1924 - Lenin ölən kimi məlum oldu ki, partiyadakı ikinci adam yoldaş Trotskiy satqındı. Kamenev, Zinovyev, Buxarin və Stalin Trotskini devirərək SSRİ-dən qovdular.

1927: Məlum oldu ki, Kamenev, Zinovyev və Buxarin də düşmən və ziyanvericilərdi. Elə ona görə də şücaətli yoldaş Henrix Yaqoda onları güllələyir.

1936: Bir müddət sonra isə Yaqodanın özünü, düşmən agenti olduğundan Yejov güllələyir. Amma sonra ortaya çıxır ki, Yejov heç yoldaş deyilmiş, adi xalq düşməni, agent və satqın imiş. Yejovu güllənin qabağına qatan Beriya olur. (1938)

1953: Stalinin ölümündən sonra, ortaya çıxır ki, Beriya da satqınmış! Elə ona görə də Jukov Beriyanı devirir və güllələtdirir.
Lakin, tezliklə Xruşova çatır ki, Jukov da düşmən və satqınmış. Ona görə Jukovu Urala sürgün edir.

1956: Məlum olur ki, sən demə elə Stalin də düşmən imiş, ziyanverici və satqın imiş. Həmçinin onunla bərabər politbüronun böyük hissəsi də. Onda Xruşov başda olmaqla partiyanın şərəfli üzvləri Stalini qəbrini movzoleydən çıxarır, politbüro və ona qoşulmuş Şepilovu qovalayıb, göndərir uzaqlara. (1957)

1964: Başqa bir həqiqət üzə çıxır - Xruşov volüntarist, avantürist və düşmən imiş! Yoldaş Brejnevin Xruşova yazığı gəlir və onu pensiyaya göndərir.

1982 - Brejnev öləndən sonra isə başa düşürlər ki, qoca ağlını itiribmiş, ziyanvericiymiş və inkişafın qarşısını alırmış.

1982-1985 - Ardından daha iki qoca marazmatik hakimiyyətdə olur, adlarını da heç kim yadında saxlaya bilməmiş dünyalarını dəyişirlər.

1985 - Hakimiyyətə cavan, enerjili Qorbaçov gəlir. Məlum olur ki, bütün partiya ziyanvericilərdən və düşmənlərdən ibarət imiş və o hər şeyi düzəldib qaydasına salacaq.

1991: SSRİ dağılır, məlum olur ki, Qorbaçov düşmən və satqın imiş.

Xəbəri paylaş