Ukraynada buğda əkini sahələri 20 faizdən çox, arpa isə 30 faiz azalacaq.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Ukraynanın aqrar siyasət naziri Nikolay Solski bildirib.
Onun sözlərinə görə, bu, Kiyevin nəzarətində olan ərazilərdə fermerlərin 2021-ci ilə nisbətən daha az hektar sahədə əkin aparması ilə bağlıdır.
“Fermerlər dörd milyon hektar ərazidə buğda səpmək istəyirlər. Halbuki, ötən il 5 milyon hektar sahədə səpin aparılıb. Yəni bu il azalma 20 faizdən çox olacaq. Arpa üçün ötən il 800 min hektar istifadə edilsə də, bu il proqnozumuz maksimum 500 min hektar ərazi təşkil edəcək. Yəni ən azı 30% azalma var”.
Nazir hesab edir ki, fermerlərin payızlıq taxıl əkərkən ehtiyatlı olması bir neçə amillə bağlıdır:
“Satışları, azot gübrələrinin qiymətinin qalxmasını, bahalı logistikanı və hava şəraitini proqnozlaşdırmaq mümkün deyil. Bu da müharibə olmadan da əkinə böyük müdaxilə etdi. Fermerlər qış üçün əkmədikləri sahələrə konkret nə əkəcəklər - əksər hallarda yuxarıdakı amilləri nəzərə alaraq mövsümə yaxın qərar verəcəklər”.