Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan tarixinin və müstəqilliyimizin qürurlu səhifəsi

Azərbaycan tarixinin və müstəqilliyimizin qürurlu səhifəsi


1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il oktyabrın 3-də birinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi və müstəqillik tariximizin dönüş nöqtəsi-yeni səhifəsi başlandı. Azərbaycan xalqı həmin vaxt Heydər Əliyevi prezident seçməklə necə müdriklik və siyasi sayıqlıq göstərmişdisə, 10 il sonra- 2003-cü il oktyabrın 15-də də İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçməklə eyni müdriklik və siyasi sayıqlıq nümayiş etdirdi. Xalq ümummilli lider Heydər Əliyevin vəsiyyətinə və tövsiyəsinə əməl edərək İlham Əliyevi Azərbaycan Respublikasının 4-cü Prezidenti seçdi.

Böyük tarixi şəxsiyyət olan Heydər Əliyev həmişə Azərbaycanın gələcəyini düşünürdü, ona görə də 2003-cü il oktyab­rın 1-də növbəti prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək özünün prezidentliyə namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi və dedi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, Azərbaycan xalqı və seçiciləri Ulu öndərin vəsiyyətinə əməl edərək misilsiz siyasi iradə, aktivlik, vətənpərvərlik nümayiş etdirib 76 faizdən çox səslə İlham Heydər oğlu Əliyevi 1-ci dəfə Azərbaycan Respublikasının Prezidenti seçdi.

Bəs bu müdrik seçimi ilə xalqımız və dövlətiiz nə qazandı?Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prezident seçildikdən sonra böyük tarixi şəxsiyyət Hey­dər Əliyevin siyasi kursunu uğurla davam etdirdi, onun ən layiqli davamçısı olub Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi, onun ərazi bütövlüyünü təmin etdi. 30 ildən artıq davam edən işğala son qoyuldu, Qarabağ və ətraf rayonlarımızı düşməndən azad olundu, Azərbaycan dövlətçiliyinin ideoloji dayaqları daha da möhkəmləndi ,onun beynəlxalq nüfuzu və mövqeləri daha da yüksəldi, ölkədə ictimai-siyasi sabilik və vətəndaş həmrəyliyi dönməz oldu.

Qafar Əliyev-YAP Qaradağ rayon təşkilatının sədri
Xəbəri paylaş