Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah 3 rayonun qaz təchizatında fasilə yaranacaq

Sabah 3 rayonun qaz təchizatında fasilə yaranacaq


Sabah Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Newscenter.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərində aşkar olunmuş güclü qaz sızmasının ləğvi ilə əlaqədar, oktyabrın oktyabrın 18-də saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Yastı Meşə” ölçü qovşağından, “Sarıtəpə”, “Morul”, “Zəhmət” QTM-lərdən, “Çənlibel”, “Gədəbəy”, “Zəyəm”, “Alakol”, “Qovlar”, “Dondarquşçu” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xəbəri paylaş