Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb

UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb


UEFA Türkiyə Futbol Federasiyasını (TFF) cəzalandırıb.

Newscenter.az xəbər verir ki, "Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, buna "ay-ulduzlular"ın İstanbulda Lüksemburqa qarşı keçirdiyi Millətlər Liqasının qrup mərhələsinin V tur oyununda yerli azarkeşlərin meydançaya yad əşyalar atması səbəb olub.

Nəticədə TFF 25 000 avro cərimələnib. Bundan başqa, yığmanın növbəti matçında stadiona məhdud sayda tamaşaçı buraxılacaq.

Qeyd edək ki, Türkiyə - Lüksemburq görüşü 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Xəbəri paylaş