Bakıda 14 yaşlı qız itkin düşüb.
Newscenter.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 17-də paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Məmmədova Nərmin Elçin qızı saat 01:00 radələrində 200 manat pul və mobil telefonu götürüb yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.