Fransa prezidenti Emanuel Makronun “France 2” telekanalına verdiyi müsahibə, öz şəxsi maraqlarını dövlət maraqları səviyyəsinə qaldırmaqda olan dövlət başçılarının hakimiyyətdə olmasının, dünyanı hara, hansı uçuruma apara biləcəyinin bir siqnalıdır. Tarixin həyəsızcasına saxtalaşdırılması, tərəfkeşliyin yüksək dərəcədə təşəkkül tapmasını görmək insanı dəhşətə gətirir. 1991-1992-ci illərdə erməni vandallarının Azərbaycan xalqına qarşı törətdiyi soyqrımın adını belə anmayan Makron kimi ermənipərəst mövqe tutan, Nensi kimi nənələri olan bir millətin qara günə qalacağı gün uzaqda deyil. Lakin bütün bu olanlardan bir xalq olaraq nəticə çıxarmalıyıq.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, biz, Dəmir Yumruğun bir barmağının belə açılmasının bizə necə baha başa gələcəyini və millət olaraq hansı uçurumun dibinə dalacağımızı anlamalıyıq. BMT qətnamələrinə səs verən bir ölkənin rəhbəri indi onun əleyhinə çıxır. Hardadır beynəlxalq hüquq?! Yoxdur beynəlxalq hüquq. Demək ki, biz özümüz uzaqgörən siyasətimizlə, necəki BMT qətnamələrini təkbaşına həyata keçirmişik, o cür də davam etməliyik. Onun üçün də biz Müzəffər Ali Baş Komandan, güclü sərkərdə, cənab prezidentimiz İlham Əliyevin ətrafında daha da sıx birləşməliyik. Diaspor fəaliyyətimizi gücləndirməliyik. Ulu Öndərimiz Heydər Əliyev deyirdiki, dünyanı Azərbaycan həqiqətləri ilə doldurmaq lazımdır, haqq səsimizi daha da gücləndirməli və şaxələndirməliyik:
“ Emmanuel Makronun “France 2” telekanalına 14 oktyabr 2022-ci il tarixli verdiyi müsahibəsi dünya ictimaiyyəti tərəfindən də qınaqla və kəskin etirazlarla qarşılanıb. Almaniyalı alim, doktor Mixael Reynhard Hess Emmanuel Makronun “France 2” telekanalına verdiyi müsahibəsində Azərbaycanla bağlı fikirlərə açıq məktub yazmış və Makronu kəskin tənqid etmişdir. Mixael Reynhard məktubda Makronun separatçılara dəstək verməsini qeyd etməsi Azərbaycanın nailiyyətidir. Ümumilikdə Emanuel Makronun “France 2” telekanalına verdiyi müsahibəsində Azərbaycanla bağlı fikirləri onun nə qədər zəif, savadsız bir siyasətçi olmasının sübutudur.”
Ruhiyyə