Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Ot kökləri və İnsan Təhlükəsizliyi" proqramı çərçivəsində Neftçala məktəb tikiləcək

"Ot kökləri və İnsan Təhlükəsizliyi" proqramı çərçivəsində Neftçala məktəb tikiləcək


Neftçala rayonunun Qırmızıkənd kəndində yeni tədris korpusu inşa olunacaq.

Newscenter.az Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinə istinadən xəbər verir ki, tikinti Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi" proqramı çərçivəsində baş tutacaq.

Bu məqsədlə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi ilə müqavilə imzalayıb. Yeni tikiləcək məktəb binası adıçəkilən kənd və ətraf ərazidə yaşayan əhali üçün təhsil şəraitinin yaxşılaşdırılmasına xidmət edəcəkdir.
Xəbəri paylaş