Azərbaycanın işğaldan azad edilən ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər.
Newscenter.az-ın məlumatına görə, “Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması ilə bağlı TBMM-ə sənəd göndərib.
Sənəd yaxın günlərdə ölkə parlamentində müzakirəyə çıxarılacaq.