Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BDU-nun dosenti Oktay Qarabəyli vəfat edib-FOTO

BDU-nun dosenti Oktay Qarabəyli vəfat edib-FOTO


Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti Oktay Zaman oğlu Qarabəyli vəfat edib.

Bu barədə Newscenter.az-a universitetdən bildirilib.

Qeyd edək ki, Oktay Qarabəyli 1943-cü ildə anadan olub. O, BDU-nun Biologiya və kimya müəllimliyi fakültəsində təhsil alıb. 1978-ci ildə “Orta və Cənubi Xəzərdə qarınayaq ilbiz növlərinin yayılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1979-cu ildə biologiya elmləri namizədi alimlik dərəcəsini, 1995-ci ildə dosent elmi adını alıb. Onurğasızlar zoologiyası, Hidrobiologiya, Onurğasız heyvanların müqayisəli anatomiyası fənlərini tədris edib. Torpaq ilbizlərinin növ tərkibi və bioekoloji xüsusiyyətləri sahəsində tədqiqat aparıb.

Allah rəhmət eləsin!

Xəbəri paylaş