Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında, eləcə də narkotik xassəli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Ramil Günəşov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 332 qram narkotik vasitə olan marixuana və 12 ədəd əkilib-becərilməsi qadağan edilmiş çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ramil Günəşovun barəsində həbs qətimkan tədbiri seçilib.
Mehman