Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderləri Qarabağ zəfərinin ikinci ildönümü münasibətilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Newscenter.az xəbər verir ki, müraciətdə deyilir:
“Cənab Prezident, biz, TDT üzv ölkələrin müsəlman dini liderləri Sizə səmimi arzularımızı Şuşadan yetirməkdə şərəf duyuruq. Qardaş Azərbaycan xalqı tarixinin ən möhtəşəm günlərini yaşadığı günlərdə Şuşada olmaq hər birimiz üçün böyük fəxarətdir. Bu qələbənin müəllifi, Qarabağ fatehi İlham Əliyevi səmimi qəlbdən təbrik edirik”.