Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Rövşən Əliyev saxlanılıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, aparılan şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan 2 kiloqram 205 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.