“Zəngilanın işğaldan azad olunması, işğala təcavüzə son qoyulması, haqq-ədalətin bərpa edilməsi ilə yanaşı, həm də cənub sərhədlərimizin bütövlüyünün təmin olunması baxımdan strateji əhəmiyyətə malikdir. 30 il daşı-daş üstünə qoyulmayan, xarabalığa çevrilən Zəngilan artıq azaddır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili qeyd edib ki, Zəngilan azad edildikdən cəmi il yarım sonra isə artıq ilk sakinlərinə qovuşub:
“Ağalı kəndinin simasında biz Cənubi Qafqazın ən müasir yaşayış məskənlərinin birini inşa etməklə vandallardan fərqimiz ortaya qoyduq, bu bölgənin əsl sahibi kimdir, onu dünyaya göstərdik. Bu gün isə, işğaldan azad edilməsinin ikinci il dönümündə Zəngilanda Beynəlxalq Hava Limanı istifadəyə verildi. Beləliklə, cənab İlham Əliyevin qətiyyətli, onun əzmi ilə aparılan işlərin sürəti və miqyası ilə bütün dünyaya nümayiş etdirməkdəyik ki, Zəngilan başda olmaqla Qarabağ da, Zəngəzur da bizimdir və daim bizim də olacaq. Azadlığın mübarək, Zəngilan!"