Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Zəngilan Beynəlxalq Hava Limanın açılışı dünyaya və düşmənə bir məsajdır" - İqbal Məmmədov

"Zəngilan Beynəlxalq Hava Limanın açılışı dünyaya və düşmənə bir məsajdır" - İqbal Məmmədov


Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Newscenter.az-ın xəbərinə görə, bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, artıq Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilir:

"Pİs və yaxşı günlərimizdə daim yanımızda olan qardaş Türkiyə, hər zaman olduğu kimi, bu gün də bizi yalnız qoymadı. İki qardaş ölkə başçılarının iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanın açılışı dünyaya və düşmənə bir məsajdır. Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, Azərbaycan-Türkiyə xalqına deyil, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir".

Deputat vurğulayıb ki, Zəngilan Beynəlxalq Hava Limanın açılması həm də turizmin inkişafında əhəmiyyətli rol oynayacaq:

"Bu gün Azərbaycan xalqı hava limanının açılışını deyil, həm də Zəngilanın azad edilməsini qürurla qeyd edir. Zəngilan iqtisadi baxımından Azərbaycan üçün çox mühüm əhəmiyyətə malikdir. Bu gün bütün işğaldan azad edilmiş ərazilərdə olduğu kimi, Zəngilanda da sürətli bərpa və quruculuq işləri aparılır. Zəngilan eyni zamanda regionda mühüm nəqliyyat qovşağına çevrilməkdədir. Bu gün Beynəlxalq Hava Limanın açılışı və Zəngilanda görülən bu işlər gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək.

Zəngilan iqtisadi cəhətdən və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, bu gün açılan hava limanı vasitəsi ilə birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilanda bütün növ təyyarələri qəbul edə biləcək hava limanının təməlinin qoyulması isə Zəngilanın yeni beynəlxalq- logistika mərkəzinə çevrilməsi perspektivlərini təmin edəcək. Mərkəzi nöqtədə qərarlaşacaq bu hava limanı eyni zamanda Azərbaycan üçün şərqə yeni qapı açacaq. Ən önəmlisi isə, bundan sonra 45 dəqiqəyə Bakıdan Şərqi Zəngəzura çatacağıq".
Xəbəri paylaş