Azərbaycan dövlətinin başçısı İlham Əliyev, öz çıxışında bunları bildirib: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara öz köməyimizi etmək, onların inkişafı, həm onların ənənələri saxlayıb Vətənlə əlaqələrini heç vaxt kəsməmələri üçün, əlimizdən gələni edəcəyik!".
Azərbaycan dövlətçiliyi üçün və xalqın da birliyi üçün mühüm bəyanatdır. Bəşər tarixi boyu, hər xalqın, millətin az, ya çox dərəcə nümayəndəsi müxtəlif cür səbəblərdən vətəndən ayrı düşüb. Bununla belə, vətəni ilə istəkli, doğma ünsiyyət və qarşılıqlı isti tərəfkeşli əlaqələr həmin xalqın nəinki bölünüb zəifləməsi, əksinə daha da xeyli artımına, böyüməsi, güclənməsinə səbəb olub.
Niyə? Çünki, hər hansı xalqın hansısa uzaqdakı toplumunun həmin ölkədə sabit, özünütəminli, başarılı yaşamı və eynilə, doğma vətənlə də isti əlaqədə olması məhz, o Vətənin böyüklüyüdür. O xalqın o dövlətin həmin uzaq ölkələrə uğurlu şaxələnməsi o yerlərdə mövcudluğu, güvənidir. İngilis xalqını, dövlət tarixini misal gətirə bilərik.
Dəfələrlə, müxtəlif zamanlarda Türkiyədə ciddi təbii fəlakət, ya siyasi, iqtisadi böhranlar dövrü Avropada yaşayan o nahəng türk toplumunun vətən Türkiyə üçün nə dəstək hissləri keçirdiyi, nə əməli addımların atdığının şahidi olmuşam. Xaricdəki türklər dövləti, vətəninə çox bağlıdır.
Əminliklə deyim ki, hansı səbəblərdən Avropa, ya, Amerikada yaşamağa üz tutması və yuxarı, aşağı imkanlı yaşamından asılı olmadan, bizim Azərbaycan xalqı toplumlarının də ürəyi vətən hissi ilə döyünür. Belə bir azərbaycançılıq hissi Qazaxıstan, Özbəkistan, Orta Asiya, Rusiya və dünyanın hər yerindəki soydaşlarımızda vardır.
Xüsusilə də İranda yaşayan 40 milyonluq milli nahəng azərbaycanlı çoxluğunun ürəyi Şimali Azərbaycanla birlikdəki vahid xalq kimi vurur! Biz də Cənubdakı soydaşlarımızı diqqətdə və dəstəkdə saxlamalıyıq, bu, milli borcumuzdur. Bizim azərbaycanlılar tam birliyə bağlı xalqdır. 60 milyona yaxın xalqın nahəng milli birliyinə!
Ona görə Prezidentin bəyan etdiyi kimi, dövlət tənzimi ilə xaricdə yaşayan böyük azərbaycanlı toplumları (nümayəndələri) və Vətən arasında daha sistemli və effektli əlaqələr, münasibətlər qurularaq, dövlətdən aralıdakı soydaşlarımızın problemlərini dinləmək, həll etmək yaxşı olardı. Və bu birlik, qarşılıqlı dəstək Azərbaycanımızın daha da böyüməsi və qüdrətlənməsinə aparar.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri