Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər həbs edilib

Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər həbs edilib


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri - Vaqif Nadirov, Ruslan Əhmədov və Mehman Süleymanov saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş