Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda ikinci variant baş verə bilər

İranda ikinci variant baş verə bilər


İranda insanlar ikinci aydır ölkədəki zorakılığa etiraz edirlər. Müxtəlif mənbələrin verdiyi məlumatlara görə artıq 200 nəfərdən çox insan qətlə yetirilib, amma etirazlar səngimir. Onların kortəbii olması səbəbindən hələlik güclü və mütəşəkkil hərəkat görünmür. Bu da on illərdir aparılan siyasətin nəticəsidir.

Bütün avtoritar və totalitar ölkələrdə belə etirazların mütəşəkkil hərəkata çevrilməsində mühüm rol oynamalı olan siyasi müxalifət və vətəndaş cəmiyyəti institutlarını əvvəlcədən sıradan çıxarırlar, amma hətta bu addım da vəziyyəti xilas etmir.

Ona görə ki, müxalifət və vətəndaş cəmiyyəti institutları olmayan ölkələrdə ya hərəkat öz sıralarından liderləri yetişdirib çıxarır, ya da müxalifətin rolunu hakimiyyətdən ayrılan qruplar öz üzərinə götürür. Hakimiyyət uğrunda mübarizənin fəlsəfəsi budur: "müqəddəs yer" boş qalmır.

İranda yüksək ehtimalla ikinci variant baş verə bilər. Bunun bir səbəbi də belə siyasi sistemlərdə mübarizənin əsasən hakimiyyətdaxili qrupların arasında getməsidir. Birinci variant hələ ki, mümkünsüz görünür.

43 il əvvəl devrilmiş şahın oğlunun da özünü alternativ kimi sırımaq cəhdləri heç bir nəticə verməyib hələ. Bu da görünən idi, çünki məhz marionet pəhləvi sülaləsinin yürütdüyü dağıdıcı siyasət 43 il əvvəl İranı inqilaba gətirib çıxardı.

4 onillik ərzində iki nəsil yetişsə də belə görünür ki, iranlılar şah idarəçiliyi dövründə ölkədə hökm sürmüş özbaşınalığı, səfaləti, talançılığı unutmayıblar.

Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri
Xəbəri paylaş