Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Iranın Qafanda açdığı "üstü kafe, altı min bir xırdavat" dükanına bənzəyən ikimərtəbəli "obyekt"

Iranın Qafanda açdığı "üstü kafe, altı min bir xırdavat" dükanına bənzəyən ikimərtəbəli "obyekt"


"Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanını istifadəyə verməklə Zəngəzurdan dünyaya qapı açdı. 30 il işğalda qalmış, minalarla çirklənmiş bir ərazini cəmi iki il ərzində təhlükəsiz hala gətirərək orada ucaldılan bu binanın əzəməti özlüyündə dövlətimizin qüdrətinin ifadəsidir. Hava limanı bölgəyə əməkdaşlıq, inkişaf, tərəqqi və rifah vəd edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili daha sonra İranın tez-tələsik Qafanda konsulluq adı ilə açılışını etdiyi bina ilə bağlı fikirlərini bölüşüb.

"Bu gördüyünüz "üstü kafe, altı min bir xırdavat" dükanına bənzəyən ikimərtəbəli "obyekt"i isə İran və Ermənistan birlikdə Qafanda açdılar. Çox güman ki, tikintisində də elə işğal dönəmində İran tərəfindən Zəngilan rayonundan talan edilmiş köhnə matreallar istifadə olunub. İran-Ermənistan qardaşlığının "əzəmət"nin nümunəsi olan bu "memarlıq incisi" Tehranın Qafandakı konsulluğudur və açılışına da şəxsən İranın Xarici İşlər Naziri gəlmişdi. Heç bir siyasi və iqtisadi zərurətə əsaslanmayan, sülh və sabitliyi hədəfə alan bu obyekt heç şübhəsiz ki, bölgədə fitnə-fəsad yuvası kimi fəaliyyət göstərəcək".

Anar
Xəbəri paylaş