Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makronun Qarabağı işğal planı-ŞOK DETALLAR

Makronun Qarabağı işğal planı-ŞOK DETALLAR


Türkiyədə işıq üzü görən "Türkiyə Qəzeti"ndə Fransanın Qarabağda hazırladığı təhlükəli ssenari barədə geniş məqalə dərc edilib.

Newscenter.az-ın xəbərinə görə. "Makronun Qarabağda 15 maddəlik işğal planı" başlıqlı məqalədə qeyd edilir ki, "Fransa 2 min hərbçi ilə qondarma sülhməramlı qüvvə adı altında Qarabağa daxil olmaq planları qurub və pilot bölgə kimi hələ də işğal altında olan Xankəndi şəhərini seçib. Rusiyanın Ukraynada zəifləməsi, Makronun Qarabağdakı işğal planının əsas hissəsini təşkil edir.Makron Xankəndi, Xocalı və Xocavəndə muxtariyyət verərək, bu şəhərləri Azərbaycandan qoparmaq və bu şəhərlərin Avropa Birliyi daxilində ərazilər olacağını iddia edir və digər dövlətlərdən maliyyə dəstəyi istəyir.

Plana əsasən burada növbəti addım Fransa hərbçilərinin bölgəyə göndərilməsidir. Əsas məqsəd Qarabağı bölüb, burada yaşıl zona yaratmaqdır. Makronun hazırladığı plana görə, müstəqilliyini elan edərək, Azərbaycandan ayrılan bu şəhərlərdə bütün dövlətlərin, xüsusilə Aİ-nin siyasi və iqtisadi hərbi attaşeləri açılacaq. Yəni, Fransa burada bir növ peyk dövlət qurmaq istəyir. Bu tədbirlərin maddi-texniki bazası kimi Xocalı aeroportu seçilib. Makron Bakının qarşısını almaq üçün Aİ-nin sanksiya silahından da istifadə etmək istəyir.

Yazıda bildirilir ki, Fransanın işğalçılıq planlarıyla paralel hərəkət edən daha bir ölkə isə İrandır. İranın Fransa ilə maraqlı bir əməkdaşlığı var. Bu iki ölkə bölgəni yenidən dizayn etməyin planlarını qururlar. Bu istiqamətdə Fransa və İran artıq Ermənistana silah dəstəyi verməyə başlayıblar. Bu iki ölkənin dəstəyini arxasına alan Ermənistan Azərbaycanın Daşkəsən bölgəsi ilə sərhədə qoşun yığmağa başlayıb. Xarici qüvvələr Qarabağda həyata keçirməyə çalışdıqları planla bütün bölgəni xaosa sürükləməyə çalışırlar.Əsas plan regionun alov topuna çevrilməsi, yeni bir münaqişə ocağının yaradılmasıdır.
Xəbəri paylaş