Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda hərbi anbardakı partlayış nəticəsində 3 700-dən çox bina dağılıb

Özbəkistanda hərbi anbardakı partlayış nəticəsində 3 700-dən çox bina dağılıb


Özbəkistanın qərbində Sırdərya vilayətində Müdafiə Nazirliyinin anbarında oktyabrın 22-də baş vermiş partlayış nəticəsində 3,7 mindən çox yaşayış və qeyri-yaşayış sahəsinə müxtəlif ziyan dəyib.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Sırdərya vilayət adminstrasiyasının mətbuat xidməti məlumat yayıb.

Hesablamalara görə, müəyyən edilib ki, 3742 yaşayış və qeyri-yaşayış sahəsinin dam örtüyü, tavanı, pəncərə və qapıları qismən zədələnib.

Partlayış nəticəsində dəymiş ziyanı qiymətləndirmək üçün müvafiq idarələrin və yerli hakimiyyət orqanlarının nümayəndələrinin daxil olduğu xüsusi işçi qrupu yaradılıb.

Xatırladaq ki, oktyabrın 22-də Müdafiə Nazirliyinin anbarında partlayış baş verdiyi barədə məlumat yayıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.
Xəbəri paylaş