Rusiya ordusu ötən sutka ərzində Donetsk vilayətində bir neçə yaşayış məntəqəsini atəşə tutub.
Newscenter.az-ın məlumatına görə, "Report" bu barədə "RBC-Ukraina"ya istinadən xəbər verir.
Hücum nəticəsində 2 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb. Belə ki, bir mülki vətəndaş Kleşçievkada, digəri isə Torskoyda həlak olub.
Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olmuş 4 mülki şəxsin meyitini tapıblar.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Donbasda əsas qaynar nöqtələrin Soledar və Baxmut olduğunu bildirib.