Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağacları kəsərək avtodayanacaq salmaq istəyən şirkətlə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Ağacları kəsərək avtodayanacaq salmaq istəyən şirkətlə bağlı sənədlər Baş Prokurorluğa göndərilib


Ağacları kəsərək avtodayanacaq salmaq istəyən şirkətlə bağlı sənədlər Baş Prokurorluğa göndərilib.

Bu barədə Newscenter.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ağacların avtodayanacaq salınması məqsədilə "Turan 97" Məhdud Məsuliyyətli Müəssisə tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 8580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Xidmət rəsmisinin sözlərinə görə, sözügedən ərazidə kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib.
Xəbəri paylaş