Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı iş yerində vəfat edib.
Newscenter.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nahar fasiləsi zamanı telekanalın binasında baş verib. Şirkətdə sürücü kimi işləyən Mustafa adlı şəxsin yemək yeyərkən boğazında qida qalıb. Qida nəfəs borusuna düşdüyündən o boğularaq ölüb.
Əraziyə tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.