Bu həftə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü gözlənilir.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Zaur Məmmədov bildirib ki, son Fransa və İran müdaxilələrini nəzərə alsaq görüşə Paşinyan gicəllənən baş ilə gələcək:
"Belə ki, hazırda hüquqi qüvvəsi olmayan ATƏTin nümayəndələrinin Ermənistanda olması və Aİ'nin xüsusi missiyasının Zəngəzurda olmaları nəzərlərdən qaçmamalıdır . Fransa- İran- Ermənistan arasında gizli Qafqaz anlaşmasını nəzərə alsaq İrəvanın demarkasiya və kommunikasiya məsələsində adekvat addımlar atacağını gözləməyə dəyməz. Deməli, hazırda Bakı və İrəvan arasında ortaq məxrəcə gəlmək üçün ən optimal variant - sülh müqaviləsidir. Sülh müqaviləsinin imzalanmasından sonra digər daha az prinsipial əhəmiyyət daşıyan məsələlərin müzakirəsinə müəyyən vaxt ayrıla bilinər".
Onun sözlərinə görə, indiki məqamda ən vacib məsələ isə, Ermənistanın Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımasıdır:
"Moskva sülh müqaviləsinin imzalanmasının Brüsselin deyil, özünün ev sahibi olduğu görüşdə baş tutmasını istədiyindən çox güman ki, Putin iclasa əliboş gəlməyəcək. Bu arada, sülh müqaviləsinin imzalanması əslində daha geniş platformada, ABŞ, Aİ, ATƏT və Rusiyanın iştirakı ilə baş tutması daha məqsədəuyğundur. Bu təqdirdə, Ermənistanın gələcəkdə mümkün cığallığı zamanı əli - qolu bağlanmış olacaq".
Mehman