Keçən il avqustun 11-dən sentyabrın 11-nə qədər İrandan gələn 60-a yaxın TIR qanunsuz olaraq Qarabağa hərəkət edib. Nəticədə Qubadlının Çayzəmi və Eyvazlı kəndləri ərazisində gömrük, sərhəd və polis məntəqələri yaratdıq.
Nəticədə İran maşınlarının Qarabağa qanunsuz girişi bağlandı. Qarabağın, Zəngəzurun və ətraf rayonların talan edilib daşınmasında İranın rolu ermənilərdən az deyil. Bunlar hamıya məlumdur.
30 illik işğal ərzində Azərbaycan sərhədlərində bir dəfə də olsun hərbi təlim keçməyən aftafa qənimləri, Azərbaycanın Qələbəsindən sonra bu ərazilərdə demək olar ki, hər ay hansısa təlim keçirlər. İranın içalatını göynədən faktlardan biri Azərbaycanın İran müttəfiqi olan Ermənistan üzərindəki möhtəşəm Qələbəsi, ikincisi İranın qonşuları olan Azərbaycan-Türkiyə-Pakistan birliyi və Rusiyanın bu birliyə can atması, üçüncüsü Tehranın islam dinin düşməni olan unitaz ovçuları ilə qanunsuz əlaqələrinin kəsilməsindən ibarətdir.
Əslində təəccüblü də deyil. Ərdə durmayan Ermənistanın torpağı İranla bir yerdən götürülübsə, o zaman Tehran və İrəvan bir birlərinə çox yaraşırlar.
Ədalət Verdiyev-hərbi ekspert