Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hava oktyabrın 27-si səhərədək yağışlı olacaq -XƏBƏRDARLIQ

Hava oktyabrın 27-si səhərədək yağışlı olacaq -XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i gündüzdən 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Newscenter.az-a verilən məlumata əsasən, Azərbaycanın rayonlarında oktyabrın 25-i gündüzdən 27-si gündüzədək əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.
Xəbəri paylaş