Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qanımız bir, canımız bir" devizi altında qanvermə aksiyası keçiriləcək

"Qanımız bir, canımız bir" devizi altında qanvermə aksiyası keçiriləcək


Azərbaycan və Türkiyə arasındakı güclü qardaşlıq əlaqələrini bir daha nümayiş etdirmək məqsədilə "Qanımız bir, canımız bir" devizi altında qanvermə aksiyası keçiriləcək.

Bu barədə məlumat Newscenter.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən verilib. Bildirilib ki, Türkiyəyə aid olan qurum və quruluşlar, iş adamları, müşavirliklər və tələbələrin qatılacağı aksiya oktyabrın 25-də Mərkəzi Qan Bankında baş tutacaq.

Türk Qızılay və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunacaq aksiyada Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri, millət vəkili Novruz Aslan, həmçinin Milli Məclisin deputatı Məlahət İbrahimqızının da iştirakı nəzərdə tutulub.
Xəbəri paylaş