Ölkəyə idxal olunan bitki və bitkiçilik məhsullarında aşkar edilən karantin zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 104 bildiriş (Rusiya-46, Gürcüstan-22, Türkiyə-15, Ukrayna-5, İran-10, Qazaxıstan-5, Niderland-1) göndərilib.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında məlumat verib. Bildirib ki, ölkə ərazisində mövcud olan pomidor və bibər toxumunun satış müəssisələrində monitorinqlər aparılıb. Monitorinqlər zamanı 20 pomidor toxumu nümunəsində təhlükəli viruslar aşkar edilib. Aparılmış monitorinqlər zamanı adıçəkilən təsərrüfatlarda hektarlarla ərazidə bütün bitkilər məhv edilib.
Q.Təhməzli qeyd edib ki, pestisid və aqrokimyəvi maddələrin saxlanıldığı anbarlarda və satışı yerlərində aparılmış monitorinqlərdə 155 saxlama yerində ciddi nöqsanlar aşkarlanıb, 7 məhsul nümunəsi etiketdə göstərilən tərkib göstəriciləri ilə uyğunsuzluq təşkil edib, 11 məhsulun dövlət qeydiyyatı olmadan satılması müəyyən edilib. Qeydiyyatı olmayan 2 məhsulun tərkibində təsiredici maddə ümumiyyətlə aşkarlanmayıb.
Sevinc