Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT-nin rezident əlaqələndiricisi: "Azərbaycana hər cür dəstəyi davam etdirəcəyik"

BMT-nin rezident əlaqələndiricisi: "Azərbaycana hər cür dəstəyi davam etdirəcəyik"


"Birləşmiş Millətlər Təşkilatı Azərbaycana hər cür dəstəyi davam etdirəcək".

Newscenter.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva BMT Günü münasibətilə keçirilən tədbirdə deyib.

O qeyd edib ki, BMT AYİB və Dünya Bankı ilə birlikdə Azərbaycana pandemiyadan sonra dəstəyini davam etdirəcək.

"Bu il Azərbaycan və BMT əlaqələrin qurulmasının 30 illiyini qeyd edir. Keçən illər ərzində Azərbaycanla BMT arasında əməkdaşlıq artıb və inkişaf edib", - Vladanka Andreeva deyib.

Onun sözlərinə görə, BMT Azərbaycana minalardan təmizləmə, ətraf mühitin bərpası, enerji səmərəliliyi və digər sahələrdə dəstək göstərir.
Xəbəri paylaş