Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Azərbaycanda siyasi anlaşma, söz və ifadə azadlığı yüksək səviyyədədir

Bu gün Azərbaycanda siyasi anlaşma, söz və ifadə azadlığı yüksək səviyyədədir


“Oktyabrın 24-də Milli Məclisdə qanunverici orqanda təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin keçirilməsi müsbət addım olmaqla yanaşı, bu, həm də cəmiyyətimizdə bütün siyasi institutların bərabər şəkildə fəaliyyət göstərməsinə, Azərbaycanın siyasi inkişafında bütün tərəflərin gücündən və imkanlarından istifadə edilməsinə növbəti sübutdur. Bu gün Azərbaycanda siyasi anlaşma, münasibət, əlaqə, qarşılıqlı hörmət, fikir plüralizmi, söz və ifadə azadlığı yüksək səviyyədədir”.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən dinləməilə bağlı mühüm bir məsələyə də toxunub: “Parlamentin sədri Sahibə Qafarovanın tədbirin keçirildiyi zala gəlməsi, hazırlıq məqsədilə görülən işlərlə tanış olması, müvafiq tapşırıq və tövsiyələrini verməsi, həmçinin ictimai müzakirələrdə iştirak edən partiya sədrləri ilə görüşməsi, onlara uğurlar arzulaması çox mühüm məqam kimi qeyd olunmalıdır. Onu da xüsusi vurğulayaq ki, Azərbaycanda son illərdə sistemli xarakter daşıyan islahatlar aparılır. Bütün sahələrini əhatə edən bu islahatlar Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə həyata keçirilir. Bu islahatlar nəticəsində hakimiyyətin qolları arasında əməkdaşlıq əlaqələri möhkəmlənib, habelə iqtidar-müxalifət dialoqu başlayıb və davam etməkdədir. Milli Məclisin indiki tərkibində, onun komitələrinin rəhbərliyində Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxtəlif siyasi partiyaların təmsil olunması bunu bir daha təsdiqləyir. Parlamentdə təmsil olunan 11 siyasi partiya "Siyasi partiyalar haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə müraciət edib. "Siyasi partiyalar haqqında" qanun 30 il bundan əvvəl qəbul edilib və bir çox dəyişikliklər baş verib, ölkəmiz dünya səviyyəsində öz layiqli yerini tutub, Qalib Azərbaycan statusuna yüksəlib, dövlətimizin beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmlənib. Bütün bunlar "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ərsəyə gəlməsinə rəvac verib. Yeni qanun layihəsinin müxtəlif platformalarda müzakirəsi müsbət haldır və gələcəkdə bu tendensiyanın davam etdirilməsi sosial sifarişin təzahürüdür. Milli Məclis bu tip dinləmələrə və müzakirələrə hər zaman açıq olduğunu bəyan etməklə ictimai rəyin öyənilməsində maraqlı olduğunu bir daha ifadə etmiş oldu. Qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclis tərəfindən başlanan yeni proses cəmiyyətdə baş verən hadisələrin, sosial-siyasi tələblərin daha dolğun qiymətləndirilməsinə xidmət etməklə, onun elmi əsaslarının daha da möhkəmləndirilməsinə fayda verəcəkdir”.
Xəbəri paylaş